100% FREE MOBILE DOWNLOADS
Qadinlarin Sevdikleri 10 ifade
10. Nə fikirləşirsən?Çox vaxtlar biz qizlar xəyala gedirik. Həyatdan ayrılıb öz dünyamıza gedirik. Arada bir sizdə o dünyanın nə olduğunu soruşsaz yaxşıdı. Onda sevgiliniz onun barəsində maraqlanmanızı görür və xoşuna gəlir. Soruşun ki nə fikirləşirsən bilmək olar? (gülümsəyin deyəndə) onda 90% sizə doğrudanda fikirləşdiyini deyəcək. Sizdə sakitcə qulaq asın, lazım gəlsə bir komment bildirin…
9. Bu gün neynəmisən?/ Günün necə keçib?Bu sualı verməklə həmişə sevgilinizin kefini aça bilərsiz. Lap pis olsa belə günü siz maraqlandızsa bu böyük bir şeydi. Soruşun…nəsə pis olubsa onda səbəbini soruşun və ona kömək eləməyə çalışın. Bu sizin ona qarşı sevginizi demədən bildirir.
8. Mən sənə heç vaxt yalan danışmaram
Bu qızın sizə qarşı inamını çoxaldacaq. Bundan əlavə ona yaxşı hissiyat gətirəcəkki bu sözü ona deyə bildiz. Bunu deməklə onu nə qədər sevdiyinizi və onu aldatmamağınızı sübut edir. Amma yenədə, söz hər şeyi həll etmir…Bu cümləni isə sakitcə desəz bir anlıq düşüb gülümsəyəcək!
Amma Diqqət! Bu cümləni yalnız doğru olduğu halda işlədin!
7. Gələcək…
Onunla gələcəyi danış. Sevginizin sonsuz olmasını sübut edir və qıza daha çox ümid verirki onu doğrudanda sevirsiz. Gələcəkdə nə barəsində danışmağa siz qərar verin, amma elə edin ki sevgiliniz narahat olmasın bu söhbətdə. Çalışın 16 olmasın =)) Məs onun valideynləri barəsində, toy barəsində danışsaz maraqlı olardı. Bəzən qızın xoşuna gələn ev stili, maşın və digər məsələləri indidən həll edinki sonradan əziyyət olmasın =)
6. QısqanclıqQızlar qısqanc oğlanları sevirlər; əslində çox vaxt sizi qısqandırmaq belə istəyəcəklər. Sizdə qısqanın onu…O oğlan kimdi həə??
Bu gün hara getmişdin? Hardan gəlirsən?
Qısqanclıq onun həyatı barəsində düşündüyünü və qızı qorumaq istədiyinizi göstərir.
Diqqət: Qısqanclığı xoşlayırıq biz qizlar, amma yerində və qədərində olmağını sevirik. Ağ eləmiyin. Hər bir hərəkətini sual altına salsaz sevgiliniz sizdən soyuyar özüdə tez! Ehtiyatlı olun…
5. KomplimentHər bir qız komplimenti sevir. Bu kofta sənə necə də yaraşır! Mələyə oxşayırsan.
Çalışın qızda yeniliklərə fikir verin. Məsələn, saçını kəsdiribsə: Qısa saç səni necə də gözəl göstərir. Yeniliklərə fikir verməniz ÇOX böyük bir şeydi. O deməkdirki qızla olanda gözünüz ancaq ondadı, orda burda yox!
Amma yenədə, nə edirsizsə, yerində və qədərində. Ağ eləmiyin day, hər bir paltarına, saç düzümünə bir komplimet eləmiyin. Doğrudan da desəz, sevgiliniz elə biləcəkki başından eləmək üçün və ya ondan bir şey istəmək üçün nə gəldi deyirsiz.
Muellif: Hafiz Prodaction
Kishi Dunyasi